SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində yanğın olması barədə məlumat daxil olub.

BAKU.WS-in FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin yanğınsöndürmə və xilasetmə qüvvələri cəlb olunub.

Görülən operativ tədbirlər nəticəsində yanğın digər mənzillərə keçməsinin qarşısı alınmaqla qısa vaxtda söndürülüb.

Ümumilikdə yanğın nəticəsində ümumi sahəsi 20 m² olan otağın yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas edilib, 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

***08:58

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən üçmərtəbəli yataqxanada yanğın olub.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, binanın 3-cü mərtəbəsində ümumi sahəsi 20 m² olan otağın yanar konstruksiyaları və ev əşyaları yanıb.

"Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas edilib, 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb",- deyə məlumatda qeyd olunub.

BAKU.WS
VİDEO