SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq yazıçısı Çingiz Abdullayevin səhhəti yaxşılaşır.

BAKU.WS xəbər verir ki, bunu apa-ya açıqlamasında yazıçının qələm dostu Xalq yazıçısı Natiq Rəsulzadə deyib.

Onun sözlərinə görə, Çingiz Abdullayev bir həftə əvvəl xəstəxanaya yerləşdirilib.

"Əvvəl reanimasiyada idi. Sonra, şükür Allaha ki, səhhəti normallaşdı. İndi müalicəsi davam edir. Palatadadır".

***07:07

Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti ağırdır.

Lent.az xəbər verir ki, yazıçı Mərkəzi Gömrük Xəstəxanasında reanimasiyaya yerləşdirilib.

Qeyd edək ki, Çingiz Abdullayev üç gün öncə zəhərləndiyinə görə xəstəxanaya aparılıb, sonra evə buraxılıb.
Bu gün onun halı yenidən pisləşib.

BAKU.WS