SİZİN REKLAM BURADA!
055 213 76 73


Gecə saatlarında Yasamal rayonu ərazisində baş vermiş qəzada ölənlərin kimliyi müəyyənləşib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, saat 22:30 radələrində Asim Asiman oğlu Əliyevin idarə etdiyi “Chevrolet” markalı avtomobil dairəvi yolda idarəetməni itirib.

Avtomobil beton yol ayırıcının üstündəki işıq dirəyinə dəyib əks istiqamətli hərəkət hissəsinə çıxaraq öz yolu ilə hərəkətdə olan İrana məxsus TIR-a çırpılıb. 

Nəticədə “Chevrolet”in sürücüsü Asim Asiman oğlu Əliyev və həmin avtomobildə olan sərnişin Ruslan Maşallah oğlu Mikayılov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***09:40

Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Chevrolet” markalı minik avtomobili və “Volvo” markalı yük avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

BAKU.WS
VİDEO