SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtda fəaliyyət göstərən 60 nömrəli avtobusda sürücüsü nəqliyyat vasitəsini idarə edərkən yaxınlıqda əyləşən qadın sərnişinə nömrəsini verməyə çalışıb. Bununla bağlı BAKU.WS-in "qaynar xətt"inə görüntülər göndərilmişdi.

"BUS TRANS" MMC-nin direktoru Qalib Salahov sözügedən video ilə bağlı BAKU.WS-ə açıqlama verib.

Qurum rəsmisi qeyd edib ki, həmin işçinin kimliyi müəyyən edilərək agentliyə dəvət edilib və onun barəsində inzibati cəza tədbiri görülüb:

"Həmin işçi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) dəvət edilib. Biz onu inzibati qaydada cəzalandırmışıq. Əlavə nəsə də lazım olsa, biz onun barəsində tədbir görəcəyik. O sərnişinə qarşı çox sərt şəkildə hörmətsizlik və tərbiyəsizlik edib. Biz bunu şiddətli şəkildə qınayırıq, tənqid edirik və qəbul etmirik. Vətəndaş bu barədə şikayət etməkdə haqlıdır. Bu səbəblə də biz inzibati qaydada ona cəza tətbiq etmişik".

*** 11:27

Paytaxtda fəaliyyət göstərən avtobuslardan birində xoşagəlməz hal yaşanıb.

BAKU.WS xəbər verir ki, 60 nömrəli avtobus sürücüsü nəqliyyat vasitəsini idarə edərkən yaxınlıqda əyləşən qadın sərnişinə nömrəsini verməyə çalışıb.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə video göndərilib.

Həmin vaxt avtobsuda olan sərnişinlərdən biri sürücünün bu qeyri-etik hərəkətini anbaan görüntüləyib.

Qeyd edilib ki, 99-LR-159 dövlət qeydiyyat nişanlı avtobus Bakıxanov-8-ci mikrorayon-Əhmədli-Koroğlu istiqamətində hərəkət edib.

Video şənbə günü səhər saat 09-00 radələrində çəkillib.

Şikayətçi onu da bildirib ki, bu istiqamətdə hərəkət edən sürücülər sərnişinlər üçün tez-tez belə xoşagəlməz hallara yol verirlər.

Vətəndaşlar bu marşrut xəttindəki avtobusların sürücüləri ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) dəfələrlə müraciət etdiklərini də qeyd ediblər.

Zöhrə Pənah
BAKU.WS
VİDEO