SİZİN REKLAM BURADA!
055 213 76 73



Son günlər Dövlət Yol Polisi əməkdaşlarının sürücülərlə kobud davranmaları ilə bağlı şikayətlər nəzərəçarpacaq dərəcədə artıb. Bu qəbildən olan arzuolunmaz olaylardan biri isə Masallı rayonunda yaşanıb.

BAKU.WS xəbər verir ki, başına gələnləri Savash.org-a danışan Masallı rayon sakini Aydın İslamov rayon DYP-nin kapitanı Şəmşir Kərimovdan şikayətçidir.

Şikayətçinin sözlərinə görə, idarə etdiyi avtomobili saxlayan YPX kapitanı, onun sənədlərini, o cümlədən şəxsiyyət vəsiqəsini yerə tullayaraq tapdalayıb: "Bundan sonra mən şəxsiyyət vəsiqəmi yerdən götürmədən hadisə yerindən uzaqlaşdım, artıq neçə müddətdir ki, şəxsiyyət vəsiqəmin harada olmasından xəbərsizəm. Başıma gələnlərlə bağlı DİN-in 102 "qaynar xətt”inə və hüquq-mühafizə orqanlarına məlumat versəm də, bunun heç bir faydası olmayıb”.

O, pozulmuş hüquqlarının bərpasını və YPX əməkdaşına yaraşmayan davranış sərgiləyən kapitan Şəmşir Kərimovun cəzalandırılmasını istəyir.
 
BAKU.WS