VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda bəzi ümumtəhsil məktəbləri birləşdiriləcək. Bu barədə Bakı şəhəri üzrə  Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva məlumat verib.

Bakıda şagird sayı az olan məktəblər birləşdiriləcək. Bu yolla şagird kontingenti baxımından korluq çəkən məktəb problemi aradan qaldırılacaq.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyir ki, rasionallaşdırılan bəzi məktəblərin yerində lisey-gimnaziyalar yaradılacaq. Onun sözlərinə görə, dağlıq zonalarda da rasionallaşdırmağa ehtiyac var.

Məhəbbət Vəliyeva bir müddətdir yuxarı sinif şagirdlərindən şəxsiyyət vəsiqəsi tələb olunması məsələsinə də münasibət bildirib.

Şəxsiyyət vəsiqəsini təqdim edən IX və XI sinif şagirdləri üçün elektron fərdi məlumat bazası yaradılır. Bu bazaya şagirdin məkətəbəqədər təhsildən tutmuş, ailə vəziyyətinə qədər bütün məlumatlar yerləşdirilir. "Şagird-Məzun" sisteminin həyata keçirilməsi üçün bu, vacib hesab olunur.
 
BAKU.WS