SİZİN REKLAM BURADA!
055 213 76 73


 

İlisu dağlarından axan bir neçə şəlalə donub. BAKU.WS ARB Şəkiyə istinadən xəbər verir ki, onlardan biri də Ramramay şəlaləsidir.

Təqribən 75 metr hündürlükdən axan şəlalənin töküldüyü yerdə böyük buz dağı yaranıb. Sərt dağların arasındakı şəlalənin donması təbiətin gözəlliyinə əsrarəngiz bir gözəllik qatır. Şəlalənin ətəyində yayda təxminən 15-20 metr radius məsafəyə sərin su səpələnirdisə, indi həmin ərazidə buz dağı əmələ gəlib.

Kənd sakinlərinin dediyinə görə, İlisuda 6 ay qış olur və hər il bu vaxtı şəlalə donur. Şəlaləyə gedən yol qış aylarında qarlı olduğu üçün ora getmək heç də asan olmur. Amma çətinliklərə baxmayaraq, bu gözəl mənzərəni seyr etmək ücün qışda da şəlaləyə gedən turistlər olur. Kənd sakinlərinin dediyinə görə, dağların arasıyla yuxarı getdikcə daha bir neçə şəlaləyə rast gəlmək olur ki, onlar da hazırda donmuş vəziyyətdədir.

BAKU.WS