SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyada saxlanılan idmançı Kamil Zeynallının ittiham olunduğu maddələr məlum olub.

“Unikal”ın əldə etdiyi məlumata görə, o, Ermənistan cinayət məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Sponsorluq edilən şəxsə qarşı müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham olunur.

Kamil Zeynallının məhkəməsi sabah keçiriləcək.

Onu da vurğulayaq ki, Ermənistan Kamil Zeynallını Vətən müharibəsi başlayandan 2 gün sonra (29 sentyabr 2020-ci ildə) axtarışa verib.

***11.36

“Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın sorğusu əsasında saxlanılıb”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Kamil Zeynallının vəkili Ələkbər Qarayev bildirib.

Onun sözlərinə görə, Kamil Zeynallı Domodedovo polis bölməsinə aparılıb.

Vəkil Kamil Zeynallının Ermənistan cinayət məcəlləsinin müvafiq maddələri ilə ittiham olunduğunu desə də, onun konkret hansı maddələr üzrə ittiham olunduğunu açıqlamayıb.

Ələkbər Qarayev hazırda iş üzrə çalışdığını qeyd edib.

***11.21

Tanınmış idmançı Kamil Zeynallının saxlanılması ilə bağlı daha bir görüntü ortaya çıxıb.

BAKU.WS-in məlumatına görə, videoda K.Zeynallının Moskvanın "Domodedovo" aeroportunda qolları qandallanaraq aparılması əks olunub.

Sözügedən görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO