SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda 55 yaşlı qadın körpüdən yerə düşməsi nəticəsində ölüb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Mərdəkan qəsəbəsində Aeroport yolunda körpünün altında 55 yaşlı Sevda Məmmədovanın ağır xəsarət alaraq yerə yıxıldığı məlum olub.

Ətrafdan keçən şəxslərdən biri onu xəstəxanaya yerləşdirib. Lakin S.Məmmədova xəstəxanada ölüb.

Araşdırmalar zamanı məlum olub ki, qadını adı məlum olmayan şəxs itələyərək körpüdən yerə atıb.

Faktla bağlı cinayət işi başlanıb.
 
BAKU.WS