SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Rusiyada, İnquşetiya Respublikasının Nazran bölgəsində tikilməkdə olan binada döşəmə plitəsi uçub.

BAKU.WS xəbər verir ki, bu barədə İnquşetiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Məlumata görə, hadisə ötən gün, yerli vaxtla saat 17:04-də qeydə alınıb. Azərbaycanlıların da işlədiyi tikinti prosesində döşəmə plitəsi çöküb. İki nəfər xəsarət alıb.

Zərərçəkənlərdən biri, 1991-ci il təvəllüdlü həmyerlimiz klinik xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. İkincisi kiçik xəsarətlər alıb.

Sosial şəbəkədə iddia edilir ki, hadisə zamanı vəfat edən soydaşımız Bərdə rayon sakini olan Anar adlı şəxsdir.

BAKU.WS
VİDEO