SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda maşın avtoyuma məntəqəsindən oğurlanıb.

Daxili İşlər Nazirliyindən lent.az- verilən məlumata görə, dekabrın 1-də saat 10 radələrində Nərimanov rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəi bilinən avtoyuma məntəqəsində işləyən Bakı şəhər sakini M.Məmmədquliyev Yasamal rayonu ərazisində avtomobillə saxlanılıb.

Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS