Dayısının bir milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olundu, bəraət aldı

Dayısını aldadıb bir milyondan çox pulunu ələ keçirməkdə təqsirli bilinərək 6 il 6 ay müddətə azadlıqdan məhrum edilmiş Orxan Məhərrəmovun şikayəti təmin edilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi cinayət işini hərtərəfli araşdırdıqdan sonra müttəhimin günahsız olduğu qənaətinə gəlib.
Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər heyətinin qərarı ilə O.Məhərrəmova bəraət verilib. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
Qeyd edək ki, Orxan Məhərrəmov dayısı Amil Əliyevin 1 milyon 400 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
9 il həbsdə günahsız yatmışdı... - Aydın Qəhrəmanov nə qədər təzminat alacaq?
Ötən həftə Azərbaycanda, hətta dünya məhkəmə-hüquq sitemində nadir halda baş verən hadisələrdən biri qeydə alındı. BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir...
