Xəzər dənizində naməlum kişi meyiti tapılıb

20
noy
2023
23:49
Bakı şəhəri, Suraxanı rayonu, Qum adası adlanan ərazidə dəniz sahilində naməlum kişi meyiti tapılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Boyu 160-165 santimetr olan kişi meyiti, orta bədən quruluşlu, qara saçlıdır. Meyitin burun hissəsində xüsusi əlamət kimi çapıq izləri müşahidə olunub. Tapılan zaman əynində üst geyimi olmayıb.
Bu şəxsi tanıyanlardan DİN-in “102” Xidmətinə və ya Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-02, 012-433-38-12 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
İrandan Azərbaycana silah-sursat və narkotik göndərilib, saxlanılan var - FOTO - YENİLƏNİB
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından ölkəmizə qeyri-leqal yollarla göndərilən “Kalaşnikov...
