SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhərində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Üzeyir Hacıbəyli küçəsində "VAZ" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Məhəd Qasımov və 1985-ci il təvəllüdlü Ayaz Məmmədov xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS