SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda intihar edən ana və qızının kimliyi müəyyən olunub.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə zamanı ölən ana 39 yaşlı Tarverdiyeva Pərvanə Bilal qızıdır.

Müxtəlif dərəcəli bədən xəsarətləri alaraq sağ qalan isə onun qızı 15 yaşlı Z. Tarverdiyevadır.

İntiharın hansı səbəbdən baş verməsi hələlik bilinmir.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.

***16:25

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

BAKU.WS-in Lent.az-a istinadən məlumatına görə, hadisə bu gün Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb.

Ana azyaşlı qızı ilə birgə özünü 9-cu mərtəbədən atıb.

Nəticədə ana ölüb, qız isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Hadisənin motivi məlum deyil. 

Faktla bağlı araşdırma aparılır. 

BAKU.WS