SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarında Şirvanda qadını qatar vurub.

Bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb.

Bildirilib ki, bu gün saat 08:20 radələrində ADY-yə məxsus lokomativ Şirvan-Hacıqabul mənzilində hərəktdə olarkən Şirvan şəhər sakini 1997-ci il təvəllüdlü Rəhimə Afət qızı Babayeva azyaşlı övladı ilə birgə qəfil qatarın qarşısına çıxıb.

"Maşinist tərəfindən təcili tormozlama aparılsa da, hadisə qaçılmaz olub. Xəsarət alan Rəhimə Babayeva dərhal xəstəxanaya çatdırılıb".

Qurum məsələ ilə bağlı çağırış edib:

"Dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçin. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur, xüsusilə valideynlər yol hərəkəti qaydalarına əməl etməklə övladlarına nümunə olmalı və onların həyatını təhlükəyə atmamalıdırlar".

Qeyd edək ki, bu ilin 9 ayında qatar yoluna insanların qəfil çıxması nəticəsində 10 hadisə baş verib. Hadisə nəticəsində 5 nəfər həyatını itirib, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu hadisələrin baş vermə səbəbi birbaşa olaraq piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi və dəmir yolu xəttini müəyyən olunmamış yerlərdən keçməsi ilə bağlı olub.

BAKU.WS