SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün istanbulda intihar hadisəsinin son anda qarşısı alınıb.
 
BAKU.WS-in məlumatına görə, hadisə bu səhər Çağlayan məhkəməsində baş verib. Məhkəmə binasının 4-cü mərtəbəsində bir nəfər şəxs intihara cəhd edib.
 
Kimliyi məlum olmayan şəxs həyat yoldaşıyla boşanmaq üçün məhkəməyə gəlib. Həyat yoldaşından ayrılmaq istəməyən şəxs bu yola əl atıb. 

Hadisə yerinə gələn xilasedicilər təxminən 30 dəqiqə danışıqlar aparıb və nəticədə mənfi cavab alıb. Özünü binadan atmağa çalışan şəxs son anda ətrafdakılar tərəfindən paltarından tutularaq xilas edilib.
 
Nazim Babayev
BAKU.WS