SİZİN REKLAM BURADA!
055 213 76 73



 
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun ötən gün qətlə yetirilməsindən sonra bu ölkənin Xarici İşlər Nazirliyinin daha bir əməkdaşı evində ölü tapılıb.

REN TV xəbər verir ki, hadisə dünən paytaxt Moskvada baş verib.

Cəsədi aşkar edilən şəxs Rusiya XİN-in Latın Amerikası üzrə departamentinin şöbə rəisi Pyotr Polşikovdur.

Onun yaşadığı evdə başından vurularaq öldürüldüyü bildirilir. Cinayətdə istifadə edilən silah mətbəxdə yerləşən əl-üz yuyanın arxasından tapılıb.

Hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib.
 
virtualaz.org