SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket atəşinə tutmasından 3 il keçir.

Ermənistanın məkrli və hiyləgər planları bundan ibarət idi ki, həm Azərbaycan xalqının mübarizə əzmini sarsıtsın, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etsin.

Ermənistan KTMT yanğısı ilə alışıb-yandığından öz ərazisinə Azərbaycanın raket atmasına şərait yaratmaq istəyirdi.

Lakin Azərbaycan rəhbərliyi yüksək peşəkarlıq və diplomatik manevr sərgiləyərək erməni təxribatına uymadı və raket zərbələri nəticəsində ölən mülki insanların qisası cəbhədə alındı.

Ermənistanın 17 oktyabrdakı raket hücumu miqyasına görə daha böyük dağıntılar törətdi. Həmingünkü terror hadisəsi zamanı insan tələfatı və külli miqdarda dağıntılarla nəticələnən cinayətlər baş verdi.

Həmin gün 4-ü qadın, 3-ü uşaq olmaqla 13 nəfər həyatını itirdi, 20-si qadın, 5-i uşaq olmaqla 48 vətəndaş ağır xəsarətlər aldı.

Təəssüflər olsun ki, Ermənistan istər Birinci, istərsə də İkinci Qarabağ müharibələrində törətdiyi müharibə cinayətlərinə görə beynəlxalq ədalət mühakiməsinə cəlb edilməyib.

Qeyd edək ki, Ermənistanın Gəncədə törətdiyi terrorlar 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının tələblərinin pozulması idi.

Ümumilikdə, 44 günlük Vətən müharibəsi dövründə cəbhədən kənarda yerləşən Gəncə şəhərinin 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 10 qadın, 6 azyaşlı olmaqla 26 nəfər şəxs həlak olub, 57 qadın, 32 azyaşlı olmaqla 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Gəncə şəhərinə edilən raket hücumları ilə əlaqədar Azərbaycanın Baş Prokurorluğunda 3 cinayət işi başlanaraq istintaq aparılır.

r. Belə ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları bu il oktyabrın 3-də qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş rəhbəri Araik Arutyunyanı saxlayıblar. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində A.Arutyunyan tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan ərazilərinin davamlı şəkildə minalanması, cəbhə zonasından kənarda yerləşən, əhalinin sıx məskunlaşdığı Azərbaycanın Gəncə şəhəri və Bərdə rayonunun yaşayış məntəqələri və mülki obyektlərini hədəfə alaraq ballistik və digər növ raketlər atılmaqla çoxsaylı mülki şəxslərin öldürülməsi və onlara müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, mülki və hərbi infrastruktura ağır nəticələrə səbəb olan ziyan vurulması ilə nəticələnən terror hücumlarının təşkil olunması və digər çoxsaylı cinayətlər törədilməsinə də əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib. Hazırda Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BAKU.WS