SİZİN REKLAM BURADA!
055 213 76 73


Xətai rayonu ərazisində 10 yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər edilməsilə bağlı polisə müraciət daxil olub.

DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev BAKU.WS-ə bildirib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 65 yaşlı şəxs saxlanılıb.

O, izahatında azyaşlının idman qurğusu olan turnikdən asılı vəziyyətdə olduğunu görüb və onun oradan yalnız düşməsinə kömək etdiyini deyib.

Uşağın valideyni övladına qarşı heç bir fiziki zor və əxlaqsız hərəkətlər edilmədiyindən ilkin verdiyi ərizə ilə bağlı şikayət və tələbinin olmadığını bildirib.

Faktla bağlı hazırda araşdırmalar davam etdirilir.

***14:24

Bakı şəhəri Xətai rayonunda yerləşən məktəblərin birinin yaxınlığında yaşlı kişi 10 yaşlı məktəbli qıza təcavüz edib.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məktəbliyə təcavüz edən şəxsin saxlanıldığı deyilir.

İddialara görə, təcavüzə məruz qalan azyaşlı hazırda xəstəxanadadır.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev BAKU.WS-ə açıqlamasında hadisədən məlumatlı olduqlarını bildirib. Əlavə məlumat veriləcək.

Görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO