2025-ci ildə 198 insan alveri cinayəti qeydə alınıb
2025-ci ildə 198 insan alveri cinayəti qeydə alınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci il üzrə illik məlumatında öz əksini tapıb.
Hesabat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, həmin cinayətlərdən 152-si cinsi istismar, 45-i insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə yol vermə faktları ilə bağlı olub.
İnsan alveri cinayətlərinin 57-si informasiya texnologiyalarının tətbiqi ilə törədilib.
Hesabatda qeyd edilib ki, cinayətlərin 97 faizi açılıb, 6 şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri ilə 2 cinayətkar qrup zərərsizləşdirilib.
Oxşar xəbərlər
Azərbaycanda pensiya, müavinət, təqaüd və ünvanlı yardım xərcləri 11 %-ə yaxın artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 3,5 milyard manat vəsait ödənilib. BAKU.W...