Bakıda oyun zalından 450 manatlıq “PS3” oğurlandı – ANBAAN VİDEO
26
sen
2023
14:36
Bakıda oyun zallarının birindən 450 manatlıq “Play Station 3” oyun aparatı oğurlanıb.
Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxil olub.
Hadisə ötən gün Yeni Yasamal massivi, Məhəmməd Xiyabani küçəsində qeydə alınıb.
Oyun zalına müştəri kimi daxil olan şəxs oyun aparatını oradan oğurlamağa müvəffəq olub.
Oğurluq hadisəsi məkandakı təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmtindən BAKU.WS-ə bildirildi ki, hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...