SİZİN REKLAM BURADA!
055 213 76 73


Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupunun Xocavənddə yerləşdirdiyi minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşı Xəzər Zamanov dəfn olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, mərhum Yeni Günəşli qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. 

***09:52

Polis serjantı Xəzər Zamanovla vida mərasimi başa çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, mərhumun cənazəsi dəfn olunmaq üçün Yeni Günəşli qəsəbəsində yerləşən qəbiristanlığa aparılır.

***09:46

Ötən gün Xocavənd rayonunun Tağaverd kəndi ərazisində erməni diversiya qrupunun törətdiyi terror aktı nəticəsində Əhmədbəyli-Füzuli-Şuşa yolunda mina partlaması nəticəsində həlak olan polis Xəzər Azər oğlu Zamanovla vida mərasimi keçirilir.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, hazırda mərhumla vida mərasimi keçirilir. Şədimizin vida mərasimində ailə üzvləri yaxınları və ictimai şəxslər iştirak edir. 25 yaşlı Xəzər Zamanov ailəli idi.Vida mərasimindən sonra şəhidimiz Günəşli qəbiristanlığında dfən olunacaq.Xatırladaq ki, sentyabrın 19-u Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

Terror aktı ilə bağlı cinayət işi başlanılıb.

BAKU.WS
QALEREYA