SİZİN REKLAM BURADA!
055 213 76 73


Xaçmaz rayonunun Nərəcan kəndində yol-nəqliyyat hadisəsi olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, "VAZ-2107" və "Kamaz" markalı avtomobillərin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Ədilov Azər Yadulla oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Ədilovun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS