20 nəfər qəlyan çəkdiyinə görə saxlanıldı
Bakı Şəhər Baş Polis İdarəsinin aidiyyəti xidmətlərinin əməkdaşları paytaxtın Səbail, Nərimanov, Binəqədi, Nəsimi və Yasamal rayonlarının ərazisində fəaliyyət göstərən çay evlərində və digər iaşə obyektlərində azyaşlıların qəlyandan istifadə etmələrinin və digər zərərli vərdişlərə qurşanmalarının yoxlanılması məqsədilə vaxtaşırı olaraq reydlər keçirirlər.
İdarədən BAKU.WS-ə bildiriblər ki, əməliyyat və profilaktiki tədbirlər nəticəsində ümumilikdə həmin rayonlardakı ayrı-ayrı obyektlərdə yetkinlik yaşına çatmayan 20 şəxs qəlyan çəkən zaman müəyyən edilərək saxlanılıb. Hüquqazidd əməllərə yol verən şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.
Bundan əlavə, yetkinlik yaşına çatmayan 3 nəfərin Binəqədi və Nəsimi rayonlarında fəaliyyət göstərən kafe və çay evlərində ofisiant kimi işlədilməsi də müəyyən olunub.
Bu istiqamətdə əməliyyat və profilaktiki tədbirlər davam etdirilir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda telefon kabellərini oğurlayanlar tutuldu
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Xətai Telefon Qovşağından 2016-cı ilin mart ayının əvvəllərində Binəqəd...