SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz rayonunun Qovlar şəhərində "ZİL" markalı yük avtomobilinin mühərrik hissəsi və banına yığılan 3 ton ot bağlamasının 1 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Avtomobilin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS