SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirləndirilən Mahir Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

BAKU.WS pravda.az xəbər verir ki, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası sentyabrın 6-na təyin edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, ötən il fevralın 9-da saat 10 radələrində Sumqayıt şəhər sakini 1977-ci il təvəllüdlü Nazim Məmmədov şəhərin 18-ci mikrorayon ərazisində öldürülüb. Belə ki, zərərçəkmişin tanışı, 1979-cu il təvəllüdlü Mahir Həsənov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nazim Məmmədova xəsarət yetirərək onu qəsdən öldürüb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Mahir Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Mahir Həsənov məhkəmə ifadəsində deyib ki, hadisədən əvvəl Nazim Məmmədov küçədə ona tərs-tərs baxıb və o, bundan narahat olub. Bundan sonra aralarında mübahisə yaranıb. Nəticədə Mahir Nazimi qətlə yetirib.

BAKU.WS