SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəlilabad rayonunun Cəlilabad meşəbəyliyində və Beyləqan rayonunun 5 saylı meşəbəyliyində yanğın hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov report-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin regional idarələrinin, Nazirliyin digər yerli qurumların, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının və kənd sakinlərinin hadisə ilə əlaqədar əraziyə cəlb edildiyini bildirib.

Yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, o cümlədən əl əməyindən istifadə olunub. İntensiv yanğınsöndürmə tədbirləri nəticəsində yanğın məhdudlaşdırılıb və digər ərazilərə yayılmasının qarşısı alınıb.

Xidmət rəisi yanğın hadisələrinin baş verməməsi, təbiət ərazilərinin zərər görməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına olduqca ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.

BAKU.WS