Bakıda kişi küçədə həyat yoldaşını döyüb qızını maşına basdı - ANBAAN VİDEO
Bakının Qaradağ rayonu ərazisində kişi günüz saatlarında arvadını və qızını döyüb.
Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.
Bildirilib ki, Lökbatanda Heydər parkının qarşısında kişi həyat yoldaşını döyüb. Sonra isə qızını zorla maşına mindirib. Onun yanında isə yaşlı qadın olub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbut Xidmətinın əməkdaşı, polis mayoru Anar Qafarov BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində ailə münaqişə zəminində baş verib.
Bununla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanılıb. Zərərçəkən şəxslərin, eləcə də hadisəni törədən S.Əzizov və qohumu F.Dadaşovun izahatları alınıb.Təyin edilən tibbi ekspertizaların rəyindən sonra hadisəyə hüquqi qiymət veriləcək.
Hadisənin görüntüləri müşahidə kamerasına tuş gəlib.
Həmin hadisənin görüntülərini təqdim edirik:
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...