SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda Pakistan vətəndaşının meyiti tapılıb.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində evlərdən birində naməlum kişi meyitinin tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Pakistan vətəndaşı 51 yaşlı Naveed Akhtar Sadiq Ali oğlu olması müəyyən edilib. Ölümün səbəbləri məlum deyil.

Faktla bağlı araşdırılma aparılır.

BAKU.WS