SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda aeroport yolunda avtomobillər toqquşub.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, aeroport yolu, Ramana qəsəbəsi ərazisindəki yerüstü keçidin yaxınlığında üzü şəhər istiqamətində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

İki avtomobilin toqquşması ilə baş verən hadisə səbəbindən həmin istiqamətdə tıxac müşahidə olunur.

BAKU.WS
QALEREYA