SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəbrayıl rayonunda pikap piyadanı vuraraq öldürüb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü İbayev Vüsal Aqil oğlu idarə etdiyi “Mitsubishi L200” markalı avtomobillə Cəbrayıl rayonu, Məzrə kəndindən keçən yolun 84-cü kilometrliyində piyada 1979-cu il təvəllüdlü Ağayev Nahid Mirhəbib oğlunu vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cəbrayıl RPŞ-nin İstintaq qrupunda CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

BAKU.WS