SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Paytaxtın Səbail rayonunda naməlum şəxslər küçələrə sovet rejimini təbliğ edən vərəqələr yapışdırıblar.

BAKU.WS-in məlumatına görə, naməlum şəxslər tərəfindən yapışdırılmış vərəqələrdə şüarlar yazılıb: "Vətən üçün, azadlıq üçün", "Yoldaş Lenin", "SSRİ" və "Lenin yaşayır, və yaşayacaq".

Səbail rayonu 9-cu polis bölməsinin əməkdaşlarına bu haqda məlumat verilib. Bundan sonra polis əməkdaşları hərəkətə keçiblər və həmin vərəqələr divarlardan qopardılıb. 

BAKU.WS