SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib.

Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.

Məlumata görə, Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı evin 1 otağının qapısı və divar üzlüyü 2 m² sahədə yanıb.

Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS