SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhərinin Qaradağ rayonu Lökbatan qəsəbəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş verən yanğında ölən qadın müəllim işləyirmiş.

BAKU.WS-in məlumatına görə, Həsənova Xuraman Feyzulla qızı 139 saylı orta məktəbin ibtidai sinif müəllimi idi.

***09:11

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə və 2-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının tavanı 4 m² sahədə yanıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Həsənova Xuraman Feyzulla qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

BAKU.WS