SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Sumqayıt yolunun 27-ci kilometrliyində neft kəmərində sızma baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, “112” qaynar telefon xəttinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində neft kəmərində sızma baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin mütəxəssisləri əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıblar.

Hadisənin ilkin qiymətləndirilməsi zamanı Bakı-Sumqayıt yolunun 27-ci kilometrliyində neft kəmərində sızma baş verdiyi müəyyən olunub.

Hazırda neft sızması ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ərazidə növbə çəkir.

BAKU.WS
VİDEO