SİZİN REKLAM BURADA!
055 213 76 73


Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbs müddətinin uzadılması ilə bağlı müstəntiqin vəsatəti əsasında verilmiş təqdimata baxılıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsi prokurorluğun təqdimatını təmin edib.

Məhkəmənin qərarı ilə Tofiq Həsənovun həbsdə saxlama müddəti 1 ay uzadılıb.

Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.

Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.

BAKU.WS