SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava edən Elçin Fərhadzadə barəsində həbs qətimkan tədbiri seçilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Gəncə Şəhər Məhkəməsində qərar elan olunub.

Qərara əsasən, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***14:08

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini Emin Məmmədovun sağ gözünün alt və üst qapaqlarının cırılmış yaraları, buynuz qişanın dəlib keçən yaralanması, möhtəviyyatın tökülməsi ilə xəsarət alması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, dərhal Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, vətəndaşa şəhər sakini Elçin Fərhadzadə aralarında yaranmış mübahisə zamanı yumruqla xəsarət yetirib. E. Fərhadzadə barəsində Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) madəsi ilə cinayət işi başlanıb

***10:45

Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava düşüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, naməlum şəxs şəhər sakini, 1975-ci il təvəllüdlü Məmmədov Emin Xeyrəddin oğlu ilə əvvəl mübahisə edib.

Daha sonra naməlum şəxs E.Məmmədovun baş nahiyəsinə yumruqla zərbə endirib. Nəticədə E.Məmmədovun göz möhtəviyyatı xaricə tökülüb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.

BAKU.WS