SİZİN REKLAM BURADA!
055 213 76 73



Qadına qarşı zorakılığın aradan qaldırılması çərçivəsində "Ailədə zorakılıq uşaqların gözü ilə" kampaniyası başlayıb. 
 
BAKU.WS-in məlumatına görə, "Təmiz Dünya" Qadınlara Yardım İctiami Birliyi ailədə zorakılıqla bağlı video paylaşıb. Görüntüdə üzü göstərilməyən yeniyetmə qız atasının onları necə döydüyündən danışır:
 
"Atam telefonla oynadığımıza görə bizi döydü. Anam onun qarşısına çıxıb bizi qorumaq istədi, ancaq atam anamı da döydü. Bundan sonra biz Abşeron rayon Polis İdarəsinə getdik. Polis bizi qohumumuzun evinə göndərdi".
 
Talehsiz qız "Təmiz Dünya" Qadınlara Yardım İctiami Birliyinə gələndə əyin-başları olmadığını söyləyib: "Bizim üçün burada şərait yaradıldı və sənədlərimiz qaydasına salındı. Gələn həftədən də məktəbə gedəcəyik. Atam anamı hətta bəzən şlanqla döyürdü. Ona görə də ona nifrət edirəm. Heç nəyin üstündə bizi vururdu, döyürdü. Anama yazığım gəlirdi".
 
Nazim Babayev 
BAKU.WS