SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

 

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Sabirabad və Saatlıda Məişət zorakılığı qurbanları ilə davranış modelinə dair seminar keçirib.

 

BAKU.WS məlumat verir ki, seminarda Sabirabad və Saatlıda şəhər polis idarəsinin 60-a yaxın əməkdaşı iştirak edib. Seminarda məişət zorakılığın tarixi, ailədə baş verən zorakılıqla bağlı sterotiplər, ideal ər, ideal qadın və ənənələr, zərərçəkmişlərlə davranış, xidmət paketləri haqqında məlumat verilib.

 

Seminar təşkilatın könüllü həyata keçirdiyi tədbirdir. Daxili işlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbir, Məişət zorakılığının qarşısının alınması haqqında Azərabycan Respublikasının Qanunun icrasına dəstək məqsədi daşıyır. Təlimlər Azərbaycanın bütün bölgələrindəpolis əməkdaşları arasında keçirilməsi nəzərdə tutulur.

 

BAKU.WS