SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda kişi şantaj olunub.

BAKU.WS “lent.az”a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Xırdalan şəhərində qeydə alınıb.

Şəhər sakini B.Ə. polisə müraciət edərək, Nuriyə adlı qadın tərəfindən şantaj olunduğunu bildirib. Qadın onu şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyərək, 3 min manata yaxın pulunu alıb.

Daxil olan şikayət əsasında Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

BAKU.WS