SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Düşmən təxribatının qarşısını alarkən şəhid olan gizir Zalov Vidadi Sumqayıt sakinidir. Laçın istiqamətində düşmənin təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən biri, Ağstafa rayon Xətai kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Elşad Qabil oğludur.

Təxribatın qarşısını alarkən şəhid olanlardan biri də Tağıyev Səbuhi Gündüz oğludur. O, Naxçıvanın Şahbuz rayonunun Badamlı qəsəbəsindəndir.

Bununla bağlı onu tanıyan şəxslər sosial şəbəkələrdə məlumatlar paylaşıblar.

Qeyd edək ki, bu gün saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

BAKU.WS
QALEREYA