SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının dosenti, t.e.n. Fəxrəddin Əlizadə 71 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə universitetdən bildirilib.

Fəxrəddin Əlizadə 1970-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Nəqliyyat fakültəsində təhsil alıb. 1988-ci ildə universitetin Daxili yanma mühərrikləri kafedrasında işə başlayıb.

Çoxsaylı elmi məqalə, metodik vəsait və fənn proqramlarının müəllifi olub.

BAKU.WS
QALEREYA