Paytaxtda insanların həyatını təhlükəyə atan keçid bağlandı - Tezliklə qərar veriləcək - VİDEO
Paytaxtın Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində yerləşən yerüstü piyada keçidi təhlükə saçır.
Bu barədə görüntülər BAKU.WS-in “qaynar xətti”nə daxil olub.
Bildirilib ki, körpü bir neçə aydır ki, bu vəziyyətdədir:
“Yaxınlıqda məktəb yerləşir. Uşaqlar üçün əhəmiyyətli keçiddir. Qəzalı olduğundan sürücülərə də təhlükə yaradır”.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət ünvanladıq.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında bildirdi ki, keçid istifadəyə yararsızdır, buna görə də bağlanıb. Müvafiq dövlət qurumlarının iştirakı ilə həmin ərazidə, keçidin tam yanında piyada zolağı çəkilib və yol nişanları quraşdırılıb:
“Bu ərazi üzrə cəmi bir yerüstü piyada keçidi var. O yolun üzərindəki digər nöqtələrdə ancaq piyada zolaqları var. Bu hissədə də üfiqi nişanlama xətləri çəkilib, vətəndaşlar oradan istifadə edirlər.
Bu baxımdan təhlükə yoxdur. Keçid təhlükəli olduğuna görə istifadəyə bağlanıb. Onun sökülməsi və yenidənqurması barədə qərar qəbul olunduqda bununla bağlı məlumat veriləcək”.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...