SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəkidə 56 yaşlı piyadanı maşın vurub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində baş verib.

Rayon sakini İbrahim Abdulsəlimi idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə piyada 1967-ci il təvəllüdlü Xəzəngül Həsənxan qızı Mənsimovanı vurub.
Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

BAKU.WS