SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda taksi xidmətindən istifadə edən qadın narazıdır. 

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, buna səbəb sürücünün yol boyu telefondan istifadə etməsidir.

Hadisə ötən gün, Nərimanov rayonundan Tbilisi prospektinə gedən yolda qeydə alınıb.

Belə ki, sürücü maşını idarə edərkən paralel olaraq vatsap sosial şəbəkəsində mesajlaşıb. Onun bu hərəkətinə öz iradını bildirən xanım sərnişinə isə kobud şəkildə cavab verib. Nəticədə sürücü və sərnişin arasında mübahisə yaranıb.

Şübhəsiz ki, sürücü bu əməli ilə həm özünün və sərnişinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atıb.

Sözügedən görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO

QALEREYA