Bakıda yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.
BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, paytaxtın Səbail rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə nəticəsində binanın 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 2 ədəd elektrik sayğacı yanıb.
Mənzillər yanğından mühafizə olunub.
Azər Məmmədov
BAKU.WS