VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənc müğənni Ülviyə Sədaqət ilk dəfə illər əvvəl keçirdiyi dəhşətli avtomobil qəzasından danışıb. 

BAKU.WS xəbər verir ki, "Günün sədası" proqramına qatılan ifaçı 13 il əvvəl anasını da itirdiyi qəza barədə ilk dəfə açıqlama verib:

"Bu hadisə 2010-cu ildə baş verib. Həmin gün bir toy şənliyinə qatılmışdım, oradan geri dönərkən avtomobil qəzasında anam dünyasını dəyişdi. Özüm də 14 gün komada qaldım. Sükan arxasında özüm idim. Qəza Qala yolunda "4 yol" deyilən ərazidə baş verdi. Mən 90 sürətlə gəlirdim, 200 sürətlə də digər avtomobil gəlirdi və qarşı yoldan bizim üstümüzə gəldi.

Qabaqda mənim yanımda qonşumuz əyləşmişdi, anam mən tərəfdən arxada əyləşmişdi. İnanırsınız ki, o hadisəni mən xatırlamıram. Qarşı avtomobilin sürücüsü içkili vəziyyətdə olub. Hadisədən sonra məni Sabunçu xəstəxanasına aparmışdılar, orada demişdilər ki, heçnəyi yoxdur. Amma kapilyarlar hamısı partlamışdı, beynimə zəhərlənmə vermişdi. O vəziyyətdə anamı dəfn etmişəm. Dəfn edəndə də elə yerə yıxılmışam. Onunla da artıq heçnə xatırlamıram. "Semaşko"ya aparıblar, əməliyyat olundum, 14 gün komada qaldım. Bizi vuran avtomobildəki şəxslər də, mənim idarə etdiyim maşındakı şəxslər də anam qarışıq dünyasını dəyişdi. 6 nəfərin içində birdənə sağ qalan mən oldum. Həkim atamı çağırıb demişdi ki, "Sağ qalmağına ümid yoxdur...".

Ətraflı videoda:

BAKU.WS
VİDEO