SİZİN REKLAM BURADA!
055 213 76 73


Kürdəmir şəhərində 3 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.

Yanğın nəticəsində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin 1 otağının, mətbəxinin qamışdan ibarət tavanı və dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələrinin çevik müdaxiləsi sayəsində yanğının daha da genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülməsi təmin edilib.

BAKU.WS
VİDEO