SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Aramsız yağan yağış paytaxtın kanalizasiya sistemini sıradan çıxarıb.

"Qafqazinfo” xəbər verir ki, şəhərətrafı rayonlarla yanaşı Bakının mərkəzi küçələri də iflic vəziyyətə düşüb. Heydər Əliyev, Ziya Bünyadov, Babək prospektini sel basıb.

Dərnəgül yolunda isə kanalizasiya sistemi sıradan çıxıb. Yağış suyu ilə bərabər kanalizasiya suları da  "fontan" vuraraq küçəyə axıb.
 
BAKU.WS